ABŞ-ın İraqdakı rəsmiləri deyirlər ki, silahlı şəxslərin Bağdadın şimal bölgəsinə qarşı 3 hücumu nəticəsində azı 21 iraqlı həlak olmuşdur. Silahlı şəxslər iki maşından Birləşmiş Ştatların Tikrit şəhərindəki müəssisəsinə işləməyə gedənləri daşıyan avtobuslara hücum etmişlər. Nəticədə 17 mülki vətəndaş həlak olmuş, 13 nəfər yaralanmışdır. Rəsmilər bildirirlər ki, Tikritin şimalında maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində İraq Milli Qvardiyasının 3 əsgəri həlak olub. Samara şəhərində yaraqlılar keşikçiləri atəşə tutmuş, nəticədə bir İraq əsgəri həlak olmuşdur. Son iki gün ərzində yaraqlıların hücumları nəticəsində 30-dan çox iraqlı həlak olub. İraqın Müvəqqəti hökumətinin rəsmiləri deyirlər ki, yaraqlılar bu hücumları ilə yanvarın 30-da keçiriləcək seçkilərə əngəl törətməyə çalışırlar. İraq rəsmilərinin çoxu zorakılıqların davam etməsinə baxmayaraq, yanvarın 30-da 275 yerli Milli Məclisə seçklilər keçirilməsini təkid edirlər. Bu arada bir sıra kiçik siyasi partiyalar seçkilərin keçirilməsi və yaxud onların təxirə salınması məsələsini Bağdadda keçirdikləri konfransda müzakirə edirlər.