Accessibility links

Pakistan prezidenti İslam ekstremizminə son qoymaq istəyir - 2004-12-07


Pakistan prezidenti Pervez Müşərrəf İslam ekstremizini məğlub etməkdən ötrü mülayim təmayüllü müsəlmanları “düşüncə tərzini dəyişmək” adlı strateji plan altında birləşməyə çağırmışdır. General Müşərrəf bu qeydləri bu gün Londonun Strateji Məsələlər üzrə Beynəlxalq İnstitutda verdiyi çıxış zamanı söyləmişdir. Pakistan rəhbəri deyib ki, onun ölkəsi mədrəsələrdəki təlimlərin tonunun müalyimləşdirilməsi yönümündə ciddi işlər görür. Amerika rəsmilərinin fikrincə bu mədrəsələr ekstremist ideyaların müsəlman dünyasında yayılmasında böyük rol oynayır. Cənab Müşərrəf həmçinin Hindistanla cərəyan edən münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu bildirmişdir. Dünən Londonda baş nazir Toni Bleyerlə görüşən Müşərrəf sabah Parisdə Fransa prezidenti Jak Şirak tərfindən qəbul ediləcək.

XS
SM
MD
LG