Bu həftə Birləşmiş Ştatların Milli Demokratiya İnstitutu dünyada demokratiya müdafiəçilərini illik demokratiya mükafatına layiq görüb. İnstitutun bu yüksək mükafatı insan hüququları və demokratiya uğrunda mübarizə aparan təşkilatlar və şəxslərə təltif edilib. Mükafata layiq görülənlər Ukraynada demokratiya tərəfdarlarına dəstək verəcəklərini bildirmişlər. İki amerikalı və yeddi xarici liderə mükafatları Milli Demokratiya İnstitutunun direktoru Madelin Olbrayt təqdim etmişdir. Birləşmiş Ştatların senatoru Riçard Luqarın ABŞ konqresinin ümumdünya demokratiyanın təbliğindəki rolu yüksək qiymətləndirilmidşir. Senator Bayden bunun sözün əsl mənasında ölüm-dirim məssələsi olduğunu vurğulamışdır. Gürcüstanın baş naziri Zurab Jvaniya Gürcüstanın 2003-cü il məxmər inqilabındakı roluna görə mükafata layiq görüləmüşdür. Zurab Jvaniya Ukraynadakı demokratiya uğrunda mübarizəni diqqət mərkəzinə çəkərək, demişdir ki, bu hərəkat yalnız Ukraynanın azadlığı deyil, bütöv regionun firavan gələcəyi uğrunda mübarizədir. O demişdir: "Ukraynada demokaratiyanın qələbəsi, büyün post sovet məkanının qələbəsidir.” Seneqalın prezidenti Abdulaye vad Afrika qitəsində demokaratiyanın inkişafı, Polşanın keçmiş xarici işlər naziri Bronislav Geremek Poşanın birlik hərəkatı və demokratik Avropada liderlik rollarına görə Demokaratiya mükafatına layiq görülmüşlər. Şərqi Timorun prezidenti Şana Gushma 1999-cu il dünyada yeni bir dövlətin quruculuğuna yol açan İndoneziya ilə süh prosesindəki əvəzsiz roluna görə Demokaratiya mükafatına layiq görülənlər arasında yer almışdır.