Avropa Birliyinin hazırkı prezidenti, Hollandiyanın xarici işlər naziri Bernard Bot Türkiyənin gələn həftə birliyinə üzvlüyü ilə bağlı danışıqlara başlamazdan əvvəl, Türkiyənin Kipri rəsmən tanıımaqdan imtina etməsi məsələsinin həll ediləcəyinə ümid bəslədiyini bildirib. Cənab Bot bunu bu gün Brüsseldə Türkiyənin baş naziri Receb Teyyub Ərdoğan və onun hollandiyalı həmkarı Jan Peter Balkenende arasında keçiriləcək görüşündən əvvəl deyib. Qeyd edək ki, Avropa Birlyiinin liderləri Türkiyəni Kiprin yunan hökumətini rəsmən tanımağa çağırırlar. Türkiyə isə yalnız adanın kipr türklərinin dövlət elan etdikləri bölgəsini rəsmən tanıdığını bildirir.