Accessibility links

Müxalifət Viktor Yuşenkonun prezident olacağına inanır - 2004-12-11


Ukrayna müxalifətinin tərəfdarları əmindirlər ki, dekabrın 26-da keçiriləcək təkrar prezident seçkilərində Vikor Yuşenko prezident seçiləcək. Viktor Yuşenkonun qərərgah rəisi deyib ki, təklrar seçkilər daha azad keçiriləcək və bu da Ukraynanı Avropaya və Qərbə yaxınlaşdıracaq. Lakin dünən Vaşinqtonda keçirilən forumda bəzi təhlilçilər deyiblər ki, Ukraynanın gələcəkdə Avropa və ya Rusiyaya yaxınlaşması bir o qədər də sadə məsələ deyil. Ukrayna müxalifətinin qərərgah rəisinin bildirdiyinə görə düşərgənin qərb- yönümlü lideri Viktor Yuşenko şübhəsiz Ukraynanın prezidenti olacaq. Boynuna portağal rəngli şarf geymiş Vaşinqtondakı Amerika İnterprays İnsitutunun təhlilçisi Oleh Ryabçuk akademiklər qarşısında böyük nikbinlik hissi və inamla çixiş etmişdir. Cənab Ryabçuk demişdir ki, o, nəinki Viktor Yuşenkonun iqtisadiyyat və siyasətlə bağlı müsbət perspektivlərinə, eləcə də Yuşenkonun gələcəkdə Ukraynanı Avropa və Qərblə birləşdirəcəyinə də inanır. Ukraynanın xarici işlər nazirliyinin nümayəndəsi Oleh Şemşur deyir ki, gələcəkdə Avropa və ya Rusiya arasındakı seçim çətin olacaq. Lakin o, Ukraynanın Avropa Birliyində stabitliyə gedəcəyinə inanır. O əlavə edib ki, Ukraynanın Avropanın tərəfində olması Rusiyaya dal çevirmək deyil. Rusiya prezidenti Vladimir Putin deyib ki, o, Ukraynanın Avropa Birliyinə daxil olmasının əleyhinə deyil. Putin əlavə edib ki, o, bunun Ukraynanın Rusiya ilə iqtisadi əlaqələrinə mənfi təsi göstərməsini istəməzdi.

XS
SM
MD
LG