Accessibility links

Ukraynanın müxalifət lideri Viktor Yuşenkoya zəhər verilib - 2004-12-11


Vyana həkimləri deyirlər ki, müxalifət lideri Viktor Yuşenko dioksin zəhərinin qurbanı olub. Vyana xəstəxanasının direktoru Maykl Zimpfer bu gün müxbirlərə deyib ki, Yuşenkonun qanının yoxlanmasının nəticəsi, sifətinin eybəcər hala düşməsi və vacib orqanlarının yoxlanılması ona dioksin verildiyinə heç bir şübhə qoymur. O, dioksinin kiminsə tərəfindən yeməklə və ya içki vasitəsi ilə veridiyini deyib. Bu zəhərin Yuşenkoya sentyabr ayında verildiyi bildirilir. O, bu zəhərin ona noyabr ayında prezident seçkilərində iştirak etməməsi üçün verildiyini iddia edir.

XS
SM
MD
LG