Accessibility links

Yasir Ərafatın ölümü ilə bağlı sənədlər araşdırılır - 2004-12-11


Yasir Ərafatın bacısı oğlu öz dayısının ölümü ilə bağlı tibbi sənədləri bu hadisəni araşdıran komissiyaya təqdim etmişdir. Fələstinin həm də BMT-dəki nümayəndəsi olan Nasir əl-Kidva 558 səhifəlik tibbi hesabatı və rentgen sənədlərini Fələstin hökumətinin nümayəndələrinə təhvil vermişdir. Cənab Ərafat Noyabrın 11-də Parisdə öləndən bəri ilk dəfədir ki, Ramallahdakı Fələstin rəsmiləri liderlərinin ölümü ilə bağlı sənədlərə çıxış əldə ediblər. Cənab Kidva keçirdiyi mətbuat konfrasında deyib ki, sənədlər cənab Ərafatın zəhərləndiyini aydın şəkildə göstərmir, belə ki, fransız həkimləri bədəndə heç bir zəhər əlaməti aşkar etməyiblər. Fransa mediasının verdiyi xəbərə görə cənab Ərafatın ölümünə səbəb qan laxtalanması olub.

XS
SM
MD
LG