Accessibility links

İraqın müxtəlif məntəqələrinə hücumlar davam edir - 2004-12-11


İraq rəsmiləri deyirlər ki, üsyançıların ölkənin müxtəlif məntəqələrinə etdiyi hücumları nəticəsində azı 10 iraqlı həlak olmuş və çox sayda adam yaralanmışdır. İraq təhlükəsizlik qüvvələrinin rəsmiləri deyirlər ki, bu gün silahlı şəxslər Bağdadda keşik çəkən iki polis zabitini qətlə yetirmiş, azı iki polisi də yaralamışlar. Digər bir polis isə Bağdadın şimalında qətlə yetirilmişdir. Yaraqlıların başqa bir hücumunda da 7 mülki vətəndaş həlak olub. Fallucədə Birləşmiş Ştatlar əsgərləri ilə yaraqlılar arasında yeni atışmaların getdiyi bildirirlir. Keçən ay Birləşmiş Ştatlar və İraqın hərbi qüvvələri Fallucədəki yaraqlılara qarşı şiddətli hücuma keçmişdilər.

XS
SM
MD
LG