Accessibility links

Viktor Yuşçenko: Ukraynada avtoritar rejim son günlərini yaşayır - 2004-12-12


Ukrayna müxalifət lideri Viktor Yuşçenko xalqın artıq öz seçimini etdiyini bildirərək təkrar seçki kampaniyasına start vermişdir. O, bu haqda bəyanatı dioksin maddəsi ilə zəhərlənmədən müalicə olunmaq üçün getdiyi klinikadan çıxdıqdan sonra vermişdir.

Krımdan gəlmiş xor truppası Ukrayna müxalifətinin liderini musiqi sədaları ilə qarşılamışdır. Yuşçenkonun kütlə qarşısında deyib: Mən sizə demək istəyirəm ki, bu son üç həftədə siz fərqli bir ölkənin şahidi olmusunuz. Ukraynada son 14 ildə mövcud olan rejim son günlərini yaşayır.

Cənab Yuşçenko Ukrayanada baş verən son hadisələri Sovet ittifaqının dağılması və Berlin divarının sökülməsi ilə müqayisə etdi. O bildirdi ki, bu ölkə son 100 ildə belə miqyasda protest hərəkatı görməyib. Cənab Yuşçenkonun dediyinə görə yaşlılar və gənclər hamısı birləşərək öz hüquqlarının müdafisədinə dayanmaqla yeni bir sistemin əsasını qoymuşlar.

Qeyd etmk lazımdır ki, Şənbə günu Vyana xəstxanasının həkimləri cənab Yuşçenkonun dioksin madəsindən zəhərlənməsi haqda qəti qənaətə gəliblər. Doktor Maykl Zimpfer jurnalislərə bildirib ki, cənab Yuşçenko fiziki baxımdan seçkilərdə iştirak etməyə hazırdır və onun vəziyyəti yoluxucu deyil. O, əlavə edib ki, bu xəstəliyin mürəkkəbliyi ilkin vaxtda həkimlərə zəhərin əlamətini aşkar etmək imkanı verməmişdi, çünki əvvəl aparılan yoxlamalar zəhərlənmə haqda sübut əldə edə bilməmişdilər.

Amma Dr. Zimpferin dediyinə görə yeni yoxlamalar təsdiq eödib ki, heç bir şübhəsiz xəstəlik dioksin maddəsindən zəhərlənmə nəticəsində meydana çıxmışdır. Artıq bu məlumatın ortaya çıxması o deməkdir ki, Ukrayna hüquq mühafizə orqanları bu halı cinayət əməli kimi araşdırmağa başlayacaqlar.

XS
SM
MD
LG