Accessibility links

Fələstin militantları sərhəd məntəqəsini partladıb - 2004-12-12


Fələstin militantları Rafah şəhəri yaxınlığında Qəzza-Misir sərhəd keçid məntəqəsində yerləşən İsrail yoxlama məntəqəsinin altından keçən tuneli bomba ilə dolduraraq partlatmışlar. İsrail tərəfədən təlafatın olduğu bildirilsə də dəqiq rəqəm açıqlanmayıb. Qəzza zolağının başqa hissəsində həkimlərin verdiyi məlumata görə İsrail tankı Xan Yunis qaçqın düşərgəsindəki məktəbə atəş açaraq 7 uşağı yaralamışdır. İsrail hərbi məbələri bildirirlər ki, İsrail tankı həmin məntəqədən Yəhudi yaşayıq zonasına atılan mərmiyə cavab olaraq hərəkət etmişdir. Bu arada İsrail hökuməti Fələstində gələn ay keçiriləcək seçkilərlə bağlı xoş məramdan çıxış edərək 200 Fələstinli məhbusu azad etmişdir.

XS
SM
MD
LG