Accessibility links

Bağdadda 7 iraqlı həlak olub - 2004-12-13


Bağdadın mərkəzindəki yoxlanış məntəqəsinə intiharçı bir maşın sürüçüsünün hücumu nəticəsində 7 iraqlı həlak olmuş, 19-u yaralanmışdır. Əməliyyat Səddam Hüseynun tutulmasının birinci ildönümünə təsadüf edir. Güclü partlayış səsi Bağdadın bir çox məhəllərində eşidilmişdi. Əməliyyat Yaşıl Zona adlanan bölgə yaxınlığında səhər saat 9 radələrində adamların işə getdiyi vaxta təsadüf edib. Rəsmilərin dediyinə görə, intiharçı Yaşıl zonaya daxil olmaq məqsədilə yoclanış postundan keçmək üçün növbədə dayandığı vaxt özünü partlatmışdır. Nəticədə bir neçə maşın dağılmışdır. İraqın müvəqqəti hökumətinin rəsmi bir şəxsi deyib ki, bugünkü hücumun Səddam Hüseynin Amerika əsgərləri tərəfindən ələ keçirilməsinin birinci ildönümü ilə əlaqəsi ola bilər.

XS
SM
MD
LG