Accessibility links

V.Yanukoviç Financial Times-ın xəbərini təkzib edib - 2004-12-14


Ukraynanın baş naziri Viktor Yanukoviç Kiyevdəki kütləvi etiraz aksiyalarına qarşı gücdən istifadə edilməsinə dair çağırışları barədə məlumatları rədd edib. Britaniyanın Financial Times qəzetinin yazdığına görə, cənab Yanukoviç prezident Leonid Kuçmanı etirazlara son qoyulması üçün hərbi qüvvələrdən istifadə edilməsinə çağırmışdı. Qeyd edək ki, qəzet Ukrayna administrasiyası və digər mənbələrə istinadən bu xəbəri yayıb. Bu gün Sevastopolda müxbirlərlə görüşü zamanı baş nazir Yanukoviç qüvvələrdən istifadə deyil, nizam-intizamın bərqərar edilməsi məsələsini prezidentlə müzakirə etdiyini deyib.

XS
SM
MD
LG