Accessibility links

İraq İran və Suriyanı tənqid edib - 2004-12-15


İraqın müvəqqəti müdafiə naziri İran və Suriyanı kəskin tənqid edərək, onları Əbu Müsab əl-Zərqavini və Səddam Hüseyn loyalistlərini himayə etməkdə günahlandırıb. Bu gün etdiyi çıxışında Hazim əl-Şalan İranı öz ölkəsinin bir nömrəli düşməni adlandırıb. Cənab Şalanın dediyinə görə onlar bu məlumatı keçən ay Fallucədə Caiş Məhəmməd terrorçu qrupun rəhbərini ələ keçirdikdən sonra əldə ediblər. İran və Suriya hökumətləri İraq üsyançılarına yardım göstərmələri haqda Amerika və İraq rəsmilərinin irəli sürdüyü ittihamları rədd edirlər.

XS
SM
MD
LG