Birləşmiş Millətlər Təşkilatının iqtisadiyyat komissiyasının Avropa ölkələri ilə bağlı heabatında deyilir ki, qadınların son 10 ildə iqtisadi və sosial durumlarında inkişaf əldə edilib. Qeyd edək ki, 10 il əvvəl qadınlar üçün iş planı Pekində əldə edilmişdi. BMT-nin hesabatında deyilir ki, gender fərqlərinin aradan qaldırılmasında hələ görüləsi çox iş var. İqtisadiyyat komissiyasının açıqladığı hesabat Şimali Amerika, Avropa və Mərkəzi Asiya ölkələrindən qadınların vəziyyətini əks etdirir. Sənəddə deyilir ki, inkişaflara baxmayaraq, kişi və qadınların eyni işlərdə çalışması onların eyni maaş alması demək deyil. Burada qadınların kişilərlə müqayisədə 60-75 faiz az gəlir əldə etdiyi qeyd edilir. Qadınların işləmələrinə baxmayaraq, onlar ev işləri ilə kişilərdən iki dəfə artıq məşğul olurlar. Hesabatda deyilir ki, qadınların könüllü və məvacibsiz işlərdə çalışması onların təqaüd haqlarını da aşağı salır. BMT-nin hesabatında deyilir ki, Şimali Amerika və Qərbi Avropa ölkələrində qadınların vəziyyəti Mərkəzi və Şərqi Avropa, habelə keçmiş Sovet respublikaları qadınların durumundan daha yaxşıdır. Məsələn, Moldova və Ukraynada işsizlik artmış, maaşlar azalmışdır.BMT-nin hesabatında qeyd edilir ki, bu ölkələrdə fahişəlik yolu ilə pul qazanan qadınların sayı yarım milyondan artıqdır. Sex sənayesi Avropa Bitliyinə üzv ölkələrin ən gəlirli biznesidir. Hesabatda deyilir ki, bu biznesdən əldə edilən illik gəlir 5 milyardla 9 milyard arasındadır.