Accessibility links

BP şirkətinin Azərbaycandakı təmsilçi prezidenti Devid Vudvord ilin yekunlarını uğurlu adlandırıb - 2004-12-21


BP şirkətinin təmsilçi prezidenti Devid Vuüdvord şirkətin 2004-ci ildə gördüyü işləri uğurlu adlandırıb. Onun sözlərinə görə, BP-i bu il Azəri-Çıraq-Günəşli neft yataqlarının işlənməsi üzrə əməliyyat xərjlərinə 90 milyon, əsaslı xərclər üzrə isə 2 milyard 491 milyon dollar sərf edib. Cənab Vudvord bildirib ki, 2005-ci ildə Bakı-Tiflis-Ceyhan Əsas Neft İxrac və Cənubi Qafqaz qaz kəmərinin tiintisi başa çatacaq. Azərbaycan Xalq Cəbhəsi partiyasının fəallarının Bakı şəhər İcra Hakimiyyəti qarşısında sərbəst toplaşmaq azadlığna icazə verilməməsinə etiraz piketi isə polis tərəfindən dağıdılıb. Təşkilatın15 nəfəri saxlanıb.

XS
SM
MD
LG