Accessibility links

Rusiya prezidenti Almaniyadadır - 2004-12-21


Rusiya prezidenti Valdimir Putin və Almaniya kansleri Gerhard Şröyder bu gün Almaniyanın Şlesvig şəhərində görüş keçiriblər. Görüşdən sonra təşkil edilən birgə mətbuat konfrasında liderlər Ukrayna məhkəməsinin təkrar seçkilərlə bağlı qərarının nəticələrini qəbul edəcəklərinə vəd veriblər. Kansler Şröyder bildirib ki, heç kimin Ukraynanın daxili məsələlərinə müdaxilə etməyə haqqı yoxdur. Rusiya prezidenti Vladimir Putin Kremlin dəstəklədiyi baş nazir Valdimir Yanikoviçin rəqibi, müxalifət lideri Viktor Yuşenko ilə heç bir problemi olmadığını bildirib. Görüşdən əvvəl Rusiya lideri demişdi ki, Rusiya Almaniya da daxil edilməklə, qərb kreditorlarına borclarını ödəməyi planlaşdırır. Rusiyanın xarici borcları 27 milyard dollar təşkil edir.

XS
SM
MD
LG