Birləşmiş Ştatların İraqın Mosul şəhərindəki hərbi bazasına qarşı hücumun məsuliyyətini Əl-Qaidə ilə əlaqəsi olan Ənsar Əl-Sünna ordusu üzərinə götürüb. Xatırladaq ki, hücum 22 adamın ölümü, 60-dan artığının yaralanmasına səbəb olmuşdu. İslam veb səhifəsində yayımlanan bəyanatın həqiqiliyi müəyyən edilməyib. Birləşmiş Ştatların Mosulda çıxış edən briqada generalı Karter Həm yaralanan və ölənlər arasında Amerikanın hərbi personalının üzvləri, mügəvilə ilə işləyən xarici və İiraq vətəndaşlarının olduğunu deyib.