İspaniyanın Daxili İşlər Nazirilyinin bildirdiyinə görə, terror hücumlarında iştirak ittihamı ilə islam ekstremistləri olduğundan şübhələnilən 3 şəxs həbs edilib. Nazırlik bu gün səhər İspaniyanın şimal-şərq bölgəsində ələ keçirilən bu şəxslərin üçünün də Mərakeş vətəndaşı olduğunu bildirib. Polis şübhəlilərin evi və digər iki binada axtarış aparıb. Qeyd edək ki, İspaniya mart ayı Madriddə 191 adamın ölümü ilə nəticələnən qatar partlayışında mərakeşli ekstremistləri günahlandırır.