Accessibility links

ABŞ və Fransa prezidentləri görüşə hazırlaşır - 2004-12-22


ABŞ və Fransa prezidentləri Corc Buş və Jak Şirak gələn bir neçə həftə ərzində iki dəfə görüş keçirməyi planlaşdırırlar. Görüşlərin məqsədi İraq müharibəsinə görə yaranmış gərginliyin aradan qaldırılmasıdır. Amerika və Fransa rəsmilərinin bildirdiyinə görə, cənab Şirak Ağ Evə 2005-ci ilin əvvəlində gəlməlidir. Lakin sıfırin dəqiq tarix haqda məlumat verilməyib. Xatırladaq ki, liderlərin son görüşü fevral ayının 22-də prezident Buşun 3 günlük Avropa səfərinin ilk dayanacağı Brüsseldə olmuşdu.

XS
SM
MD
LG