Accessibility links

Britaniyanın baş nazirinin Yaxın Şərq səfəri davam edir - 2004-12-22


Britaniyanın baş naziri Toni Bleyer bu gün israilli həmkarı Ariel Şaron və Fələstin rəhbərləri ilə danışıqlar aparıb. Baş nazir Bleyer Yaxın Şərqdə sülh danışıqlarının bərpasına səy göstərir. Bu səylər çərçivəsində gələn ilin əvvəlində Londonda konfrans keçirilməsi planlaşdırılıb. Baş nazir Şaron ilə Güdsdə keçirdiyi birgə mətbuat konfransda cənab Bleyer deyib ki, London konfransı Fələstinə demokratik gurumların yaradılması üçün islahatlar aparmaqda kömək məqsədi daşıyır. Cənab Şaron demişdir ki, İsrail bu fikri dəstəkləsə də, nümayəndə heyyətini konfransa göndərməyəcək.

XS
SM
MD
LG