Accessibility links

Fəllücədə ABŞ hərbi qüvvələri ilə militantlar arasında toqquşma olub - 2004-12-23


Bu, noyabr ayında militantlara qarşı hərbi əməliyyatlar başlanandan ilk dəfə olaraq şəhər sakinlərinin oraya daxil olmağa çalışdıqları vaxta təsadüf edir. Amerika hərbi təyyarələri və tanklarının şəhərin bəzi hissələrini atəşə tutması 200-yə yaxın ailənin şəhərə daxil omlasına mane olub. Şəhərin infrastrukturunun demək olar ki, tamamilə dağılmasına baxmayaraq, İraqın müvəqqəti hökuməti təxminən 2000 ailənin bu gün şəhərə yenidən daxil olaca biləcəyinin ehtimal olunduğunu bildirib. Fəllücənin 200 mindən artıq sakini hücumlar zamanı şəhəri tərk etmişdi. O vaxtdan etibarən onlar şəhər ətrafında qurulmuş çadırlara sığınmışlar. Fəllücənin daxil olduğu əl-Ənbər vilayətində ABŞ hərbi dəniz qüvvələrinin əsgərləri qətlə yetirilib. Hərbi qüvvələr onların necə qətlə yetirildiyi haqda məlumat verməyiblər, lakin tələfatın olduğunu bəyan ediblər. Bu arada, ABŞ hərbi qüvvələri intiharçının Mosuldakı hərbi bazada 22 adamın ölümülə nəticələnmiş bomba hücumunu necə həyat keçirdiyi ilə bağlı təhqiqatı davam etdirirlər.

XS
SM
MD
LG