Accessibility links

Asiya ölkələrində şiddətli zəlzələ baş verib - 2004-12-26


Bu gün Asiya ölkələrində baş verən şiddətli zəlzələ nəticəsində 8000-dən artıq adamın həlak olduğu, minlərlə insanın itkin düşdüyü bildirilir. Rixter Şkalası ilə 8.9 bal şiddəti olan zəlzələ son 40 ildə ən güclü zəlzələ hesab edilir. Zəlzələnin ən güclü təsirinə məruz qalan ölkələr Şri-Lanka, Hindistan, Tailand, İndoneziya və Maldiv Respublikası olmuşlar. 3200 adamın öldüyü və milyona yaxın insanın ezsiz qaldığı Şri-Lanka fəlakət zonası elan edilib. 2000 adamın Hindistanın cənub bölgələrində, 2200-nün İndoneziyada, 300 nəfərin Tailandda həlak olduğu xəbər verilir. Maldivdə fövqəladə vəziyyət elan edilib.

XS
SM
MD
LG