Accessibility links

Dünya ictimaiyyəti Asiyadakı zəlzələdən zərər çəkənlərə yardım edir - 2004-12-26


Birləşmiş Ştatlar dövlət departamentinin bildirdiyinə görə Amerika rəsmiləri hazırda Asiyada baş vermiş təbii fəlakətin vurduğu zərəri hesablayırlar. Departament sözçüsü Noel Kleyin dediyinə görə rabitə xətləri kəsildiyindən fəlakət haqda tam təsəvvür əldə etmək çətinləşib. Cənab Kleyin bildirdiyinə görə çox güman ki, Vaşinqton bu hadisədən zərər çəkmiş insanlara yardım göstərəcək. Bu arada Birləşmiş Millətlər Təşkilatı zərərçəkənlər üçün pul qrantı ayıraraq, əraziyə xilasedici komandalar göndərmişdir. Avropa Birliyi təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün 4 milyon dollar pul sərf edəcəyini bildirib. Roma Papası İohann Pol Vatikanda çıxış edərək dünya millətlərini hadisə qurbanlarına kömək etməyə səsləmişdir.

XS
SM
MD
LG