Accessibility links

Pakistan Hindistana yardım təklif edir - 2004-12-27


Pakistan sunaminin təsirinə məruz qalan Hindistana yardım təklif edib. Bundan əlavə Pakistan Şri-Lankaya lazımi təchizat, Maldivə isə vertolyot və gəmilər göndərib. Pakistanın yardım təklifi İslamabadda keçirilən iki günlük sülh danışıqları vaxtına təsadüf edib. Ölkələr arasında bu görüş xarici işlər nazirlərinin iştirakı ilə keçirilir. Dekabr ayının 15-də keçirilən danışıqlar zamanı tərəflər nüvə planı üzərində işləyəcəklərini elan etmişdilər. Rəsmilər Hindistan və Pakistan Kəşmirinin paytaxtları arasında avtobus marşrutunun salınması məsələsini də müzakirə edəcəklər.

XS
SM
MD
LG