Accessibility links

Təbii fəlakət qurbanlarının sayı artır  - 2004-12-28


Şiddətli zəlzələ və sunami təsirinə məruz qalan Hind okeanı ölkələrinin milyonlarla əhalisinə yardımlar göndərilir. İndiyədək 46 mindən artıq isanın həlak olduğu təsdiq edilib. Hər an daha artıq cəsədlər aşkar edilir. Zəlzələdən 3 gün sonra ölənlərin, didərgin düşənlərin sayı artmaqdadır. Rixter şkalası ilə 9 bal gücü olan bu zəlzələnin təsirinə 11 ölkə məruz qalıb. İndoneziyanın vitse-prezidenti Yusuf Kalla təkcə İndoneziyada ölənlərin sayının 25 minə yüksələcəyini bildirib. Zəlzələnin episentri Samatra adasında xilasetmə əməliyyatları hələ ki, həyata keçrilmir. BMT-nin humanitar yardım ofisinin əməkdaşı Kevin Oraylinin bildirdyinə görə, Banda Açedə ölənlərin sayı olduqca yüksəkdir. Həmin bölgənin bir çox yeri ilə kommunikasiya əlaqələri mövcud deyil. Şri-Lankada ölənlərin sayının 20 mindən artıq olacağı təxmin edilir. Hindistanın şəqr sahillərini ölənlərin kremasiyası səbəbi ilə sıx tüstü bürüyüb. Hisdistan hökuməti hələ tarixdə misli görünməmiş sayda dinc mobilizasiya həyata keçirib. Tailandın turizm mərkəzi Fuket kilsəsinə 200-dən artıq cəsəd yığılıb. Onların 60 faizinin xarici turistlər olduğu deyilir. Banqladeş, Maldiv, Malayziya, Birma və Somali saatda 1000 km sürətlə irəliləyən sunaminin təsirinə məruz qalıb. BMT hazırda fəlakətə cavabı koordinasiya etməyə çalışır. Yardımlar əsasən ən çox ehtiyacı olan bölgələrə göndərilir. Təşkilat bunu dünyada ən baha başa gələn təbii fəlakət kimi qiymətləndirir. Təbii fəlakətdən xilas olanları isə yeni bir bəla, xəstəliklər gözləyir.

XS
SM
MD
LG