Accessibility links

Bağdad polisi ehtiyatsızlığa yol verib - 2004-12-29


Bağdad polisinin bir binaya reydi zamanı baş verən partlayış nəticəsində 6 polis işçisi və 23 mülki vətəndaş həlak olub, 4 polis itkin düşüb, 20-dən çox adam yaralanıb. Bağdadın Qazaliya polis idarəsindən bildiriblər ki, naməlum bir şəxs polisə zəng edərək əcnəbi yaraqlıların bir evdə gizləndikləri barədə məlumat vermişdir. Polis idarəsinin yüksək rütbəli bir zabiti "Amerikanın səsi"nin müxbirinə deyib ki, o bu zəngdən şübhələnmiş, bu barədə ətraflı məlumat toplananadək evə reyd təşkil etməməyi tapşırmışdı. Lakin leytenant onun sözünə əhəmiyyət verməyərək, həmin yerə getmişdir. Onunla bərabər polis nəfərlərinin evə daxil olduğu vaxt güclü partlayış baş vermişdir. O bu reydi səhv və faciəli bir addım adlandırmışdır. Partlayış nəticəsində yaxınlıqdakı binalara zərər dəymişdir. ABŞ hərbi qüvvələrinin rəsmiləri partlayışda 800 kiloqram maddədən istifadə edildiyinə inandıqlarını bildiriblər.

XS
SM
MD
LG