Accessibility links

Ukraynada ali məhkəmə V. Yanukoviçin şikayətini rədd edib - 2004-12-30


Ukrayna ali məhkəməsi seçkilərdə məğlub olmuş baş nazir Viktor Yanukoviçin verdiyi 4 şikayət ərizəsini rədd etmişdir. Bu gün Kiyevdə çıxış edən məhkəmə sözçüsü deyib ki, sonuncu şikayət nəzərdən keçirilməyəcək. Bu həftənin əvvəlində isə məhkəmə Yanukoviçin 3 şikayətini rədd etmişdi. Son hesablamalara görə müxalifət lideri Viktor Yuşçenko səslərin 52 faizini, cənab Yanukoviç isə 44 faizini toplayıb. Təslim omaqdan imtian edən baş nazir yeni şikayət ərizələri ilə çıxış edəcəyini bildirmişdir. Ali məhkəmə hazırda 255 seçki məntqəqəsində qanun pozuntuları haqda Yanukoviçin verdiyi şikayət ərizələrini nəzərdən keçirir. Bu arada yenicə seçilmiş prezident Viktor Yuşçenko öz hökumətini formalaşdırmaqla məşğuldur.

XS
SM
MD
LG