Accessibility links

Riçard Armitac Suriyanı İraqla sərhədə nəzarət etməyə səsləyir - 2005-01-02


Yüksək səviyyəli Amerika rəsmisi Suriya-İraq sərhədində təhlükəsizliyin yaxşılaşdığını deyərək əlavə edib ki, İraq üsyançılarının sərhədi keçməsinin qarşısını almaq üçün hələ də bir sıra işlər görülməlidir. Bu sözləri bu gün jurnalistlərlə söhbətində Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşən Dövlət Katibinin müavini Riçard Armitac dilə gətirmişdir. Suriyanı sərhəd təhlükəsizliyi yönümündə bir sıra tədbirlər gördüyünə görə alqışlayan cənab Armitac bununla belə rəsmi Amerikanın situasiya ilə bağlı narazılığını gizlətməmişdir. Onun fikrincə indiyə kimi də devrilmiş Səddam Hüseyn rejiminin üzvləri Suriyadan İraqa sərbəst gediş-gəliş edirlər. Cənab Armitac İraqda Yanvarın 30-u keçiriləcək ilk demokratik seçkilərlə bağlı regiona 5 günlük səfərdədir. Artıq Şimali İraqda olmuş cənab Armitac həmçinin İordaniya və Türkiyəyə getməyi nəzərdə tutur.

XS
SM
MD
LG