Accessibility links

Yüksək səviyyəli Amerika nümayəndə heyəti Cənubi Asiyaya yola düşüb - 2005-01-03


Amerika Birləşmiş Ştatlarının yüksək səviyyəli nümayəndə heyəti keçən həftə sunami və zəlzələ nəticəsində dəymiş zərərin miqyasını öyrənmək məqsədilə Asiyada səfərdədir. Dövlət katibi Kolin Pauelin rəhbərlik etdiyi qrup Asiya ölkələrində vəziyyətlə tanış olduqdan sonra prezident Buşa bu haqda məlumat verəcək. Yola düşməzdən əvvəl müxbirlərin suallarına cavab verən Dövlət katibi Kolin Pauel ABŞ-ın yardımının gec olduğu barədə iddiaları rədd edərək hadisə ilə əlaqədar təşəbbüsləri müdafiə etmişdir. Prezident Buşun təşəbbüsülə regiona göndərilmiş nümayəndə heyətinin tərkibinə onun qardaşı, Florida ştatının qubernatoru Ceb Buş da daxildir. Ceb Buş keçən il dörd şiddətli qasırğanın beş verdiyi ştatda bərpa işlərində böyük təcrübəyə malik bir qubernatordur.

XS
SM
MD
LG