Azərbaycanın “Korruspyaya qarşı mübarizə haqqında” qanunu 2005-ci il yanvarın 1-də qüvvəyə minib. Hakimiyyətin rəsmi şəxsləri qanunun tətbiqinin korrupsiyanın səviyyəsini aşağı salacağını bəyan etsə də, müxalifət və müstəqil ekspertlər buna inanmır. Onlar hesab edir ki, korrupsiyanın səviyyəsini aşağı salmaq üçün ilk öncə siyasi iradə nümayiş etdirilməli və köklü islahatlar aparılmalıdır.