Accessibility links

Israil tankları Qəzza zolağında 7 Fələstinlini öldürüblər - 2005-01-04


İsrail tankları şimali Qəzza zolağını atəşə tutaraq ən azı 7 Fələstinlini öldürmüşlər. Ölənlərin altısı bir ailəyə məxsusdur. İsrail hərbçiləri bildiriblər ki, tank atəşi Yəhudi yaşayış məntəqəsini minamyot atəşinə tutmuş militantları hədəfə alıb. Onun dediyinə görə ölənlərin çoxsu Həməs qrupunun üzvləridir. Amma şahidlərin dediyinə görə ölənlər fermerdirlər və onlar tarlada çiyələk yığarkən atəşə məruz qalıblar. Qəzzada çıxış edən Mahmud Abbas hücumu Isionist düşmənlərin əməli adlandırıb. Bu ton danışıq nisbətən mülayim mövqe tutan cənab Abbas üçün gözlənilməzdir.

XS
SM
MD
LG