Accessibility links

İraqın nüfuzlu sünni siyasətçisi seçkilərin təxirə salınmasına çağırır - 2005-01-08


İraqda nüfuzlu sünni siyasətçisi yanvarın 30-da keçiriləcək seçkilərin yenidən təxirə salınmasına çağırmışdır. İraqı İdarə Şurasının sabiq üzvü Adnan Paşaçının dediyinə görə, əgər əhalinin çox hissəsi bu seçkilərdə səs verməsə onda nəticələr qeyri-legitim hesab oluna bilər. Britaniya radiosuna verdiyi müsahibədə cənab Paşaçı deyib ki, seçkilər cədvələ uyğun, lakin hamının səs verə bilmədiyi şəkildə keçirilərsə onda ölkədaxili münaqişə bir qədər də dərinləşə bilər. Başqa bir xəbərdə, Mosulda gecəyarısı baş vermiş partlayış nəticəsində 14 nəfər həyatını itirib. Evin sahibi bu işdə amerikalıları günahlandırıb. Bağdadın cənubunda isə maşına qoyulmuş bomba partlayaraq ən azı bir adamın ölümünə və bir neçəsinin yaralanmasına səbəb olub. Tikritdə yüsək səviyyəli üç dövlət nümayəndəsi oğurlanıb.

XS
SM
MD
LG