Accessibility links

Kolin Pauell keniyalıları AİDS xəstəliyindən qorunmağa çağırıb - 2005-01-08


Birləşmiş Ştatlar dövlət katibi Kolin Pauell Kenyalı gənclərdən ibarət qrupla apardığı danışıqda deyib ki, AİDS bəlasına son qoymaqdan ötrü cəmiyyət insanları əxlaqsızlıqdan və riskli cinsi əlaqələr çəkindirməlidir. Cənab Pauell bu gün Nairobidə Kenyalı yeniyetmələrlə səmimi söhbət edib. Bu söhbət əsnasında o, prezervativ istifadəsinə qarşı müqavimət və kenyalı qızların özlərindən yaşca qat-qat böyük kişilərlə cinsi əlaqəyə girməsi haqda cəmiyyətdə kök salmış gözləntilərdən danışb. O deyib ki, gəncləri qorumaqdan ötrü cəmiyyət bu cür davranışlara son qoymalıdır. Kenyalıların yeddi faizi hazırda HİV virusuna tutulublar ki, bu da AİDS xəstəliyinə aparır.

XS
SM
MD
LG