Accessibility links

Hizbullah yaraqlıları İsrail əsgərlərinə hücum edib - 2005-01-09


Hizbullah yaraqlıları bir neçə aydan bəri ilk dəfə olaraq bu gün Şeba Fermaları adlı sərhəd bölgəsində İsrail qüvvələrinə hücum ediblər. Bu günkü hücum şiddətli artilleriya atışması və İsrail tərəfdən cavab hava zərbələrinə rəvac vermişdir. Verilən xəbərə görə, bir BMT əsgəri İsrail qüvvələri tərəfindən öldürülmüşdür. İsrail öz növbəsində bir əsgərinin yolkənarı bomba partlayışı nəticəsində öldüyünü xəbər verir. Livanın militant Şiə qrupu əlavə olaraq bir neçə İsrail əsgərini yaraladığını bildirir. Şeba Fermaları İsrail tərəfindən 1967-ci il müharibəsi zamanı tutulub. Hizbullah militantları bəyan ediblər ki, ta İsrail bu ərazini tərk etməyənədək onlar hücumlarını davam etdirəcəklər.

XS
SM
MD
LG