Accessibility links

ABŞ sunami qurbanlarına yardım vədinə əməl edir - 2005-01-10


Prezident Buş Birləşmiş Ştatların sunami qurbanlarına təcili və uzunmüddətli yardım vədlərinə əməl edəcəyini bildirib. ABŞ prezidentinin dediyinə görə, yardım səyləri əsasən sunaminin ən güclü təsirinə məruz qalan İndoneziyanın Banda Aceh bölgəsindən başlayacaq. Prezident yardımların ikinci mərhələsi-reabilitasiya və yendənqurma mərhələsinə daxil olduğunu bildirib. Amerika prezidentinin bu çıxışı Hind okeanı hövzəsi ölkələrindən yenicə qayıtmış dövlət katibi Kolin Pauellə görüşündən sonraya təsadüf edir. Bu gün prezident Buş Amerikanın Beynəlxalq İnkişaf Agentliyində olmuş, agentlik işçilərinə yardım əməliyyatlarına görə təşəkkürünü bildirmişdir.

XS
SM
MD
LG