Accessibility links

Bağdadın polis idarəsinin rəis müavini öldürülüb - 2005-01-10


Naməlum silahlı şəxslər Baqdad polis idarəsinin rəis müavini və onun polis zabiti olan oğlunu öldürüblər. Əbü Musab Əl-Zərqavinin başçılıq etdiyi terrorçu qrupu bu əməliyyatın məsuliyyətini üzərinə götrürüb. İraq polisinin bildirdiyinə görə, Amer Nayef oğlu ilə Bağdadın cənubunda yerləşən Dora məhələsindəki evindən çıxarkən iki naməlum silahlı şəxsin atəşinə məruz qalıb. Bu hadisə Bağdad valisi və onun 6 cangüdəninin qətlindən 6 gün sonraya təsadüf edir. Birləşmiş Ştatların rəsmiləri dediyinə görə, kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində 2 Amerika əsgəri həlak olub, 4-ü yaralanıb.

XS
SM
MD
LG