Accessibility links

Fələstinin prezident seçkilərində M.Abbas qələbə çaldı - 2005-01-10


Fələstinin Mərkəzi Seçki Komissiyası dünən keçirilən prezident seçkilərində Fələstin Azadlıq Cəbhəsinin sədri Mahmud Abbasın 62.3 faiz səs əldə etməklə qələbə çaldığını bildirib. Mahmud Abbasın qələbəsi barədə məlumat dünən verilmişdi. MSK həmçinin bildirib ki, cənab Abbasın əsas rəqibi, insan hüquqları fəalı Mustafa Bərğuti səslərin 19.8 faizini əldə edib. Təhlilçilərin bildirdiyinə görə, seçicilərin Mahmud Abbası müdafiə etməsi ona müstəqil Fələstin dövlətinin yaradılması haqqında gündəliyini həyata keçirməyə mandat verəcək. Beləliklə o, mərhum Yasir Ərəfatın sələfi olacaq. Cənab Abbas fələstinlilərin İsrail həbsxanasında olan həmvətənlərinin azad edilməsi üçün təhlükəsizliyin möhkəmləndirilməsi məsələsilə ciddi məşğul olmalıdırlar. İsrailin baş naziri Ariyel Şaron sülh danışıqlarının bərpası üçün tezliklə cənab Mahmud Abbası İsrailə dəvət edəcək.

XS
SM
MD
LG