Accessibility links

V.Yanukoviçin şikayəti cümə axşamına qaldı  - 2005-01-12


Ukrayna prezidentliyinə namizəd Viktor Yanukoviçin seçki kampaniyasının üzvləri prezident seçkilərinin nəticələri ilə bağlı şikayətlərini gecikdirəcəklərini bildiriblər. Kampaniya nümayəndələri şikayəti bu gün təqdim etməli idilər. Lakin çoxsaylı sənədlərin hamısını toplaya bilmədiklərinə görə, bunun cümə axşamı gününədək təxirə salındığı bildirilir. Seçki komissiyası bazar ertəsi müxalifət namizədi Viktor Yuşenkonun qələbəsini rəsmən elan etmişdi. Komissiyanın elanı dünən Birləşmiş Ştatlar tərəfindən alqışlanmışdı.

XS
SM
MD
LG