İkinci dönəm prezidentliyə and içməyə hazırlaşan prezident Buş daha artıq xarici siyasət problemləri ilə üzləşir. İraq, terrorizmlə mübarizə, İsrail-Fələstin münaqişəsinin həlli, Asiyada sunami fəlakəti və digər bu kimi mühüm məsələlər prezidentin gündəliyində yer alır. ABŞ prezidentinin xarici siyasət komandasının üzvləri vitse-prezident Dik Çeyni, müdafiə naziri Donald Ramsfeld və yeni dövlət katibi Kondaliza Rays onun xarici siyasətini həyata keçirəcək. Bir çox təhliçi hesab edir ki, prezident Buş hakimiyyətinin ikinci dövrü münasibətlərini pozduğu müttəfiqləri ilə əlaqələrinin bərpası üzərində işləyəcək. Prezidenti Şimali Koreya və İranla bağlı çətinliklər də gözləyir. Amerikanı bu ölkələrin terrorçuları nüvə silahları ilə təmin edəcəyi qorxudur. Prezidentin ikinci dəfə seçkilərdə qələbəsı ona siyasətini həyata keçirmək mandatı bəxş etsə də, bunun heç də asan olmayacağı təxmin edilir. Belə ki, prezident xaricdən kəskin müvavimətlə üzləşə bilər.