Accessibility links

İraqda seçki işçiləri hədəf alınır - 2005-01-14


İraqda ümumilli seçkiləri pozmağa çalışan qiyamçılar daha bir seçki rəsmisini qətlə yetiriblər. Bu hadisə son həftələrdə öldürülən seçki işçilərinin sayını 7-yə qaldırır. Polisin bildirdiyinə görə naməlum silahlı şəxslər baş seçki nəzarətçisini Bağdaddakı seçki məntəqəsini tərk edərkən öldürüblər. Həmçinin, Cümə Axşamı aparıcı Kürd siyasi partiyasının 3 nümayəndəsi əsasən Kürdlərin məskunlaşdığı Mosul şəhərində qətlə yetirilib. Bu gün militant qrup Çərşənbə günü İraqın ali Şiə ruhanisi Ayətullah Əli əl- Sistaninin köməkçisini öldürməkdə məsuliyyəti öz üzərinə götürüb. Bu qrup həmçinin seçicilərə ölüm hədəsi gələrək onları Yanvarın 30-da keçiriləcək seçkilərə qatılmamağa çağırıb. Başqa xəbərdə, mülki vətəndaşlarla dolu olan mini-avtobus Amerika tankı ilə toqquşaraq maşının içindəki 6 adamın ölümünə 8 nəfərin isə yaralanmasına səbəb olub.

XS
SM
MD
LG