Accessibility links

Həcc zəvvarları Məkkəyə axışır  - 2005-01-16


Səudiyyə Ərəbistanı rəsmiləri bildirirlər ki, onlar bu ilin Həcc ziyarətində təhlükəsizliyi təmin etmək üçün 50 minlik polis və ordu qüvvələrini işə cəlb etmişlər. Hökumət nümayəndələrinin verdiyi xəbərə görə artıq 160 ölkədən gəlmiş 1.5 milyon zəvvar Səudiyyə Ərəbistanındadır. Üstəlik onlara yarım milyon Səudiyyə zəvvarları da qoşulacaq. Çoxlu sayda xaricilər bu gün Məkkədə və Mədinədə olaraq müqəddəs yerləri ziyarət etmişlər. Səudiyyə daxili işlər naziri Şahzadə Nayefin bildiridiynə görə təhlükəsizlik qüvvələri əsasən öz diqqətlərini izdihamın nəzarətinə və terror təhlükəsinə yönəldəcəklər. Qeyd edək ki, Həcc ziyarəti həyatda bir dəfə, fiziki baxımdan imkanı olan bütün müsəlmanlardan tələb olunur.

XS
SM
MD
LG