Accessibility links

ABŞ-ın Ticarət və İnkişaf Agentliyi Azərbaycan Dövlət Neft Fonduna 1 milyon 91 min dollar qrant ayırıb - 2005-01-18


Azərbaycanın Dövlət Neft Fondunun hesabında 970 milyon dollar vəsait toplanıb. Bu ilin sonunadək isə Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri istifadəyə veriləcək və Faza 1 proqramının həyata keçirilməsi nəticəsində Xəzər dənizindəki Azəri yatağının mərkəzi hissəsindən neft hasilatı artacaq. Mütəxəsislərin fikrincə, 2006-cı ildə ölkənin neft satışından gəlirləri 25-30 faizədək çoxalacaq. Azərbaycan Böyük Britaniyanın baş naziri Toni Blerin mədən sənayesində şəffaflıq təşəbbüsünə qoşulub və bu istaqmətdə hökumət, neft şirkətləri və qeyri-hökumət təşiklatları arasında anlaşma imzalanıb. Eyni zamanda ABŞ hökuməti də Azərbaycanın mədən sənayesində şəffaflığın artırılması üçün təşəbbüsdə bulunmaqdadır. Bu gün ABŞ Ticarət və İnkişhaf Agentlyinin ayırdığı 1 milyon 91 min dollar qrant hesabına maliyyələşəcək Dövlət Neft Fondunun İnstitusional Potensialının Gücləndirilməsi layihəsinin həyata keçirilməsi üçün Texniki məsləhətçi kimi Amerikanın Overtura Fayneyşl Servis şirkəti ilə Saziş imzalanıb. Overtura Fayneyşl Servis şirkətinin prezidenti Mark de Sario bildirib ki, onun başçılıq etdiyi şirkət Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin yerləşdirilməsi işinin təkmilləşdirilməsi, risklərin qiymətləndirilməsi, xarici menecerlərin seçilməsi meyarlarının müəyyən edilməsi və dəyərləndirilməsi, aktivlərin qeydiyatı və uçotu üzrə ixtisaslaşdırılmış proqram təminatının alınması üçün məsələhətlər verəcək.

XS
SM
MD
LG