Accessibility links

Kondoliza Rays Senat qarşısında dinləmələrdə suallara cavab verir - 2005-01-18


Son 4 ildə Prezident Buşun milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində çalışmış Kondoliza Rays bu gün Senatda Dövlət Katibi vəzifəsinə təsdiqlənmək üçün keçirilən dinləmələrlə üzləşir. Bir çoxları xanım Raysın asanlıqla bu vəzifəyə təsdiqlənəcəyini güman edirlər.

Amerikanın cənubunda, irqi ayrı-seçkilik illərində boya-başa çatmış Kondolia Rays ilk əvvəl öz karyerasını professional musiqiçi kimi davam etdirməyi düşünürdü. Əslində xanım Rays mahir pianistdir. Bundan əlavə onun hobbilərinə buzüstü sürüşmə və Amerika futboluna baxma da daxildir. Xanım o dərəcədə futbol həvəskarıdır ki, o, siyasətdi tərk etdikdən sonra Milli Futbol Liqasında idarəçi olmaq arzusunu da dilə gətirib. Amma sonradan xarici siyasətlə maraqlanan cənublu qız bu sahədə doktorluq dərəcəsini alaraq nüfuzlu Stanford Universitetində dərs deməyə başladı. Universitetdə prorektor vəzifəsinə qədər yüksəlmiş Kondoliza Rays doğma ingilis dilindən əlavə həm də Rus, Fransız və İspan dillərində sərbəst danışır.

Xanım Raysın Buş ailəsi ilə əlaqələri uzağa gedir. Belə ki, hələ ata Buşun dövründə Milli Təhlükəsizlik Şurasında Sovet İttifaqı üzrə mütəxəssis kimi çalışan Rays, oğul Buş hələ Texasda qubernator olarkən ona xarici siyasət barədə təlim keçmişdi. Sonradan Corc VV Buş prezident seçildikdə, o, bir vaxtlar əməkdaşı olduğu Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin edildi. Mütəxəssislərin müşahidələrinə görə indi Dövlət Katibliyi vəzifəsinə hazırlaşan Kondoliza Rays Prezident Buşa istefaya getməkdə olan Kolin Pauelldən qat-qat yaxındır. Əzizləmə forması kimi onu “Kondi” çağıran Buş bütün xarici siyasət məsələlərində xanım Raysın mövqeyinə etibar edir. Hərbi rütbəli dövlət katibindən fərqli olaraq xanım Rays Prezident Buşun siyasi dünyagörüşünü bütünlüklə bölüşür və ona çox sadiqdir.

XS
SM
MD
LG