Accessibility links

Gürcüstan və Ukrayna prezidentləri Nobel sülh mükafatına namizəd göstərilib - 2005-01-28


Birləşmiş Ştatların senatorları Hillari Klinton və Con Makkeyn Gürcüstan və Ukrayna prezidentləri Mixail Saakaşvili və Viktor Yuşenkonu Nobel sülh mükafatına nazmiəd göstəriblər. Nyu-York və Arizona ştatlarından senatorlar cari həftənin əvvələrində Norveçin Nobel institutuna ünvanladıqları məktubda hər iki ptrezidentin ölkələrində azadlıq hərəkatına başçılıq etdiklərini yazıblar. Məktubda deyilir ki, bu iki şəxs əməlləri ilə istibdadla mübarizədə sülh və insan hüquqlarının qüdrətinə üstünlük verdiklərini nümayiş etdirib, azadlıq uğrunda mübarizələrə ümid və ilham bəxş ediblər.

XS
SM
MD
LG