Accessibility links

İraq seçiləri yaxınlaşır - 2005-01-28


Xarici ölkələrdə yaşayan iraqlılar vətənlərində 50 ilə yaxındır ilk azad seçkilər ətrəfəsi təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir zaman səsverməyə hazırlaşır. Dünyanın 14 ölkəsində yaşayan təxminən 280 minə yaxın iraqlı artıq qeydiyyatdan keçib. Seçki fəallığının 60 mindən artıq iraqlının yaşadıığı İranda güclü olacağı gözlənilir. Təhlükəsizlik tədbirləri gücləndirilən seçki məntəqələrində səsvermək üçün növbələrdə gözləyən iraqlılar ümid edirlər ki, seçkilər ölkədə qayda-qanunun yaradılması və təhlükəsizliyin bərqərar olmasına və beləliklə, onların vətənə dönməsinə imkan yarada biləcək. Birləşmiş Ştatlarda yaşayan iraqlıların 26 mini səs vermək üçün qeydiyyatdan kelib. Bu arada, BMT-nin baş katibi Kofi Annan iraqlıları seçki məntəqələrinə getməyə çağıraraq deyib ki, seçkilər hər bir ölkənin gələcəyinin müəyyən olması üçün ən yaxşı yoldur. İraqın özündə isə bazar günü səsvermədən öncə sərhədlər bağlanıb, bütün ölkədə yüksək təhlükəsizlik tədbirləri görülüb. Cümə günü axşamdan qadağan saatı uzadılıb və gediş-gəlişlə əlaqədar məhdudiyyətlər qüvvəyə minib.

XS
SM
MD
LG