Accessibility links

Həmas qrupu qələbə əldə edib - 2005-01-28


Fələstinin Qəzzə zolağının 10 rayonunun 7-də dünən keçirilən yerli seçkilərdə Həmas qrupu qələbə əldə edib. 118 yerli şuraya Həmas qrupunun 75 namizədi seçilib. Prezident Mahmud Abbasın başçılıq etdiyi Fələstin Azadlıq Təşkilatı və onun 3 müttəfiqi şuranın 39 yerini əldə ediblər. Təhlilçilər seçkilərin nəticələrini Həmasın prezident Mahmud Abbasın üzrində qələbəsi kimi qiymətləndirirlər. Bu gün Həmasın minlərlə tərəfdarları küçələrdə Həmasın bayrağını dalğaladırmışlar. Qrup bu seçkilərə qədər Fələstinin siyasi həyatında iştirak etmirdi. Birləşmiş Ştatlar və İsrail Həması terrorçu qrup adlandırırlar.

XS
SM
MD
LG