Accessibility links

İsrail və Fələstin arasında danışıqlar fevral ayında başlanacaq - 2005-01-29


İsrail və Fələstin arasında keçiriləcək yüksək səviyyəli danışıqların tarixi müəyyən edilidi. Bu gün Fələstin rəsmiləri bildiriblər ki, prezident Mahmud Abbas və İsrailin baş naziri Ariel Şaron arasında yüksək səviyyəli danışıqlar fevral ayının ikinci həftəsində başlanacaq. Gündəlikdə iki dövlət arasında münasibətlər və İsrail həbsxanalarında olan Fələstin dustaqları barədə məsələlərin olduğu bildirilir. Mahmüd Abbasın Yasir Ərafatdan sonra prezident seçildiyi vaxtdan hər iki tərəf sülh danışıqlarına doğru addımlar atır.

XS
SM
MD
LG