İraqın Müvəqqəti prezidenti Qazi Əl-Yavər həmvətənlərini sabah keçiriləcək seçkilərdə fəal iştirak etməyə çağırıb. O, bu seçkiləri İraq tarixində mühüm hadisə adlandırıb. Cənab Əl-Yavər bu çağırışı Britaniyanın televiziyasına verdiyi müsahibəsində edib. O, deyib ki, iraqlılar qiyamçılara ölkəni demokratik yoldan çəkindirməyə yol verməməlidirlər. İraqın 14 milyondan çox seçicisi Milli Məclisin 275 üzvünü və şəhər şurasını seçməlidir. Cənab Qazi müxbirlərlə etdiyi söhbətində deyib ki, o, seçicilərin fəal surətdə şeçkilərdə iştirak edəcəyini gözləmir. Belə ki, qiyamçılar. Səddam Hüseynə sadiq qüvvələr və əcnəbi terrorçular seçkilərə əngəl törədəcəklərini bildiriblər. Onlar İraqda demokratik sistemin yaranacağından qorxurlar. Bu gün İranla sərhəddə yerləşən Xanaqın şəhəri hərbi düşərgəsinin yaxınlığında bir intiharçının hücumu nəticəsində azı 8 nəfər həlak olub. İntiharçı bu əməliyyatda maşından istifadə etməmişdir. O, düşərgəyə tərəf piyada getmiş və düşərgənin yaxınlığında bədəninə bağladığı bombanı partlatmışdır. Ökənin bir sıra seçki məntəqələrinin yaxınlığında da partlayışların və atışmaların baş verildiyi bildirilir. Seçkilər ərəfəsində təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Sərhədlər və Bağdadın hava limanı bağlanıb. Maşın nəqliyyatına məhdudiyyətlər tətbiq edilib. Bu seçkilər İraqın Müvəqqəti Milli Məclisini müəyyənləşdirəcək. Seçilmiş Milli Məclis isə öz növbəsinbə əsas qanun layihəsini hazırlayacaq ki, bu da ilin axırında daimi hökumətin təşkilinə yol açacaq.