Accessibility links

Amerika səfirliyinə hücum edənlər ələ keçirilib - 2005-01-30


Birləşmiş Ştatların İraqdakı hərbi nümayəndələri Amerikanın Bağdaddakı səfirliyinə qarşı dünənki raket hücumunun məsuliyyətini daşıdığından şübhələnilən bir neçə şəxsin nəzarət altına alındığını bildirirlər. ABŞ qüvvələrinin bəaynatıbda deyilir ki, şübhəlilər hücumdan bir neçə saat sonra Bağdadın cənub-şərq bölgəsində ələ keçiriliblər. Washington Post qəzetinin bugünkü nömrəsində yazılıb ki, Buş administrasiyası İraqdan qüvvələrinin çıxarılmasına dair heç bir vaxt cədvəlinə malik deyil. Amerika rəsmilərinə istinad edən qəzet İraqın hərbi birləşmələrinin əməliyyatlara başçılıq etdiyi təqdirdə, ABŞ qüvvələri İraqdan çıxarıla biləcəyini yazır.

XS
SM
MD
LG