Accessibility links

Azərbaycan hökuməti ilə BMT-nin İnkişaf Proqramı «Qara qızılın insan qızılına çevrilməsində Azərbaycanın neft  gəlirlərindən potensial istifadə olunması» layihəsini imzalayıb  - 2005-02-01


Bu gün Azərbaycan hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında «Qara qızılın insan qızılına çevrilməsində Azərbaycanın neft gəlirlərindən potensial istifadə olunması» layihəsinin imzalanma mərasimi olub. Sənədi Azərbaycan hökuməti adından iqtisadi inkişaf naziri Fərhad Əliyev və BMT İnkişaf Proqramının Azərbaycandakı təmsilçisi Marko Borsotti imzalayıb. İqtisadi İnikşaf naziri Fərhad Əliyev bildirib ki, layihə bir il ərzində həyata keçiriləcək və dəyəri 361,2 min ABŞ dollarıdır. Nazirin sözlərinə görə, proqram eyni zamanda qeyri-neft sektoru üçün mütəxəsislərin hazırlanması məqsədi ilə təhsil sisteminin inkişaf etdirilməsini nəzərdə tutur. BMT-nin İnkişaf Proqramının nümayəndəsi Marko Borsotti isə Azərbaycanın neft-qazla zəngin olmasına baxmayaraq bu ölkənin əsas sərvətinin onun insanları olduğunu bildirib.“Bütün sərmayə Azərbaycan insanlarının rifah halının yaxşılaşdırılması üçün qoyulmalıdır. Azərbaycan yeni və cavan ölkədir və Avropaya intenqraiya yolundadır. Qlobal iqtisadiyata inteqarsiya etdiyi üçün ölkə insanlarını da bu səviyyəyə hazırlamalıdır”-deyə o qeyd edib.

XS
SM
MD
LG